İdman
Qorxulan olmadı
NBA-da "Portlend" forması geyən Nikolas Batum ötən gecə "Oklahoma" ilə oynanılan görüşdə sıradan çıxıb.
Fransız basketbolçu sağ dizindən zədə alıb. Oyunu davam etdirə bilməyən Batum meydanı tərk etmək məcburiyyətində qalıb.
Metbuat.az-ın xəbərinə görə, artıq tibbi müayinənin nəticələri açıqlanıb. "Portlend" azarkeşləri sevinə bilərlər. Batumun ayağında sınıq aşkarlanmayıb.