İdman
Mənbə
ANS PRESS
“Qırmızı şeytanlar” 3 xalı 3 qolla qazandı (VİDEO)
İngiltərə Premyer Liqasında 31-ci turun oyunları keçirilib.
ANS PRESS-in məlumatına görə, “Mançester Yunayted” doğma divarlar arxasında “Aston Villa”nın qəbul edib. Lui van Qalın komandası rəqibinə 3:1 hesabı ilə qalib gəlib.
“Qırmızı şeytanlar” ın ispan futbolçusu Herrera görüşdə dubl edib. Klubun lideri Runi isə baxımlı qola imza atıb.
Bu qələbədən sonra 62 xal yığan “Mançester Yunayted” İngiltərə Premyer Liqasının üçüncü pilləsinə qalxıb.
İngiltərə Premyer Liqası 31-ci tur
“Mançester Yunayted” - “Aston Villa” 3:1
Qollar: Herrera, 43, 90+2, Runi, 79 – Benteke, 80
ANS PRESS