İdman

"Qarabağ"lı Aqolli ermənilərə verdiyi "dərs"dən danışdı

Metbuat.az

"Qarabağ"ın alban müdafiəçisi ölkəsinin mətbuatına ermənilərlə oyundan danışıb.



ANS PRESS-in məlumatına görə, həmyerliləriylə söhbətində Aqolli doğma yurdundan qaçqın düşən 1 milyon azərbaycanlını da unutmayıb:



"Xeyli insandan təbriklər aldım. Hələ sərhəddə pasportumu yoxlayanlar da təbrik edirdilər. Daha sonra baş məşqçi, komanda yoldaşlarım məni təbrik etdilər. Dedilər ki, əksəri həmin oyunu izləyirmiş və bizə azarkeşlik edirmiş. Azərbaycanla Ermənistan arasında münasibətlər gərgindir. Çünki ermənilər Azərbaycanın Qarabağ regionunu işğal ediblər. Elə mənim klubum da həmin bölgəni təmsil edir. 1 milyondan artıq Qarabağ qaçqınının taleyi Kosovo albanlarının aqibəti ilə demək olar ki, oxşardır".



"Qarabağ" rəhbərliyi və Qurban Qurbanov tərəfindən mükafatlandırıldığını təsdiqləyən Ansi sözlərinə belə davam edib:



"Mən yığmada mükafat üçün oynamırdım. Öz ölkəm üçün çıxış edirdim və şadam ki, bu qələbəmizlə təkcə Albaniyaya yox, eyni zamanda azərbaycanlılara da yaxşı emosiya bəxş etdik. Mən özümü Bakıda evimdəki kimi hiss edirəm. Klub rəhbərliyi bizim hər birimizə böyük sevgi ilə kömək edir".

Mənbə
ANS PRESS