İdman
AZƏRTAC
“Qarabağ” komandası Azərbaycan kuboku yarışlarının finalına yüksəlib
Bakı, 21 aprel,
AZƏRTACFutbol üzrə Azərbaycan kuboku yarışlarının ilk finalçısı müəyyənləşib.
AZƏRTAC
xəbər verir ki, aprelin 21-də turnirin yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində Zaqatala şəhər stadionunda “Simurq” komandası Azərbaycan çempionu “Qarabağ”ı qəbul edib.
Orxan Məmmədovun idarə etdiyi oyunda hesab açılmayıb. Komandalar arasında keçirilən ilk oyun “Qarabağ”ın minimal üstünlüyü ilə başa çatmışdı – 1:0. İki oyunun nəticəsinə görə “Qarabağ” Azərbaycan kuboku yarışlarının finalına yüksəlib.
Qızıl medal uğrunda görüşdə “Qarabağ”ın rəqibi “İnter” – “Neftçi” cütünün qalibi olacaq.