İdman

“Qarabağ”ın futbolçusu Maksim Medvedev klub karyerasında 250-ci oyununu keçirib

Metbuat.az

Bakı, 11 aprel,

AZƏRTAC

“Qarabağ”ın futbolçusu Maksim Medvedev klub karyerasında 250-ci oyununu keçirib.


Peşəkar Futbol Liqasından

AZƏRTAC

-a bildiriblər ki, karyerası boyu yalnız bir klubda çıxış edən müdafiəçi üçün Topaz Premyer Liqasının XXIX turunun AZAL-la qarşılaşması yubiley xarakteri daşıyıb. Bu matçadək 249 dəfə Ağdam təmsilçisinin formasını geyən futbolçu heyətində 7 qol vurduğu komandada 250-yə çatıb.


2007-ci il fevralın 12-də Yevlaxda baş tutan “Karvan” – “Qarabağ” oyununda baş məşqçi Rasim Kara tərəfindən start heyətə daxil edilən M.Medvedev peşəkar karyerasında ilk rəsmi matça çıxıb. Səkkiz ildir klubuna sadiq qalan arxa xətt oyunçusu bu müddətdə 192 çempionat, 22 kubok, 36 avrokubok qarşılaşmasında iştirak edib.