İdman

"Qarabağ" futbol klubunun yeni stadionunun istifadəyə veriləcəyi tarix açıqlanıb

Metbuat.az

Bakı. 10 aprel. REPORT.AZ/ "Qarabağ" futbol klubunun yeni stadionu növbəti mövsümədək hazır olacaq.


"Report"un xəbərinə görə, bu barədə jurnalistlərə stadionun tikinti işlərini həyata keçirən iş icraçısı Adnan Kaya açıqlama verib.


A.Kaya bildirib ki, bu arena 4 800 tamaşaçı tutumuna malik olacaq: "Tribunaların sayını 4-ə, oturacaqların sayını isə 10 minədək artırmaq mümkündür. Bu, tamaşaçı marağından asılı olacaq".


İş icraçısı deyib ki, stadion ərazisində avtomobillərin saxlanması və digər yardımçı obyektlər də fəaliyyət göstərəcək: "Stadionda Avropa kuboklarının 1/4 final mərhələsinədək oyun keçirilməsi mümkün olacaq".


O həmçinin qeyd edib ki, tikinti işləri 2 aya yekunlaşaq.