“Qarabağ” futbol klubu turnir cədvəlindəki birinciliyini daha da möhkəmləndirib
Bakı, 9 aprel,
AZƏRTACAprelin 9-da futbol üzrə Topaz Premyer Liqasının 28-ci turuna start verilib.
AZƏRTAC
xəbər verir ki, Lənkəran mərkəzi stadionunda “Xəzər-Lənkəran” komandası “Neftçi”ni qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qalib müəyyənləşməyib – 2:2. “Xəzər-Lənkəran”ın heyətində Rahid Əmirquliyev, Manuel Skarlatake, rəqib komandadan isə Yulius Vobay və Erik Ramos fərqləniblər.
“Bakcell Arena”da “Qarabağ” və AZAL komandaları qarşılaşıb. Baş hakim Rəhim Həsənovun idarə etdiyi oyunda “Qarabağ” klubu 2:1 hesabı ilə qalib gələrək 57 xalla turnir cədvəlindəki birinciliyini daha da möhkəmlədib. “Qarabağ”ın heyətində qolları Leroy Corc, Vüqar Nadirov, rəqib komandada isə Seymur Əsədov qapılara yol tapıblar.
“Kapital Bank Arena”da “Sumqayıt” və “Bakı” komandaları arasında keçirilən görüşdə hesab açılmayıb.
“İnter” komandası 47 xalla turnir cədvəlində ikinci, “Neftçi” isə 46 xalla üçüncü pillədə qərarlaşıb.