“Qarabağ”dan Topaz Premyer Liqasında növbəti qələbə
Bakı, 17 aprel,
AZƏRTACAprelin 17-də futbol üzrə Topaz Premyer Liqasının 30-cu turuna start verilib.
AZƏRTAC
xəbər verir ki, “Bakı” klubu təlim-məşq bazasında “İnter”i qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən görüş “İnter”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda “İnter”in heyətində Sezar Meza Kolli dubl edib, rəqib komandadan isə Nurlan Novruzov fərqlənib.
AZAL və “Sumqayıt” komandaları arasında keçirilən görüşdə qalib müəyyənləşməyib – 1:1. “AZAL Arena”da keçirilən oyunda meydan sahiblərindən qolu Valeriy Kutsenko, “Sumqayıt”dan isə Məhəmməd Qurbanov vurub.
Zaqatala şəhər stadionunda “Simurq”un qonağı olan Azərbaycan çempionu “Qarabağ” komandası Muarem Muaremin dublu sayəsində turnir cədvəlindəki xal ehtiyatını 60 çatdırıb və liderliyini möhkəmlədib.