İdman

"Qarabag" cetinlikle qelebe qazandi

Metbuat.az

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib. ANS PRESS-in məlumatına görə, mərhələnin hər iki matçı eyni gündə baş tutub.



Əvvəlcə "Qarabağ"la "Simurq" meydana çıxıb. Bu mövsüm Premyer Liqada bu rəqibini 3 dəfə məğlub edən (1:0, 3:2, 1:0) Ağdam klubu yenə qələbə qazanıb. Matçın yeganə qoluna 15-ci dəqiqədə Cavid Tağıyev imza atıb.



"Neftçi" isə "İnter"i sınağa çəkib. 2 qolun vurulduğu oyunda "ağ-qaralar" 2:0 hesablı qələbə qazanıb. Hər iki qola Nikolas Kanales imza atıb.



Qeyd edək ki, yarımfinalın cavab oyunları aprelin 21-də keçiriləcək.



Azərbaycan Kuboku


1/2 final


İlk oyunlar



13 aprel


Qarabağ - Simurq 1:0


Qol: Cavid Tağıyev, 15.




Neftçi - İnter 2:0


Qollar: Nikolas Kanales, 19; 71.



"Bakcell Arena". Saat 19.00.

Mənbə
ANS PRESS