İdman

"Qarabağ" çempion oldu

Metbuat.az

Topaz Premyer Liqasında III dövrəyə yekun vurulub. ANS PRESS-in məlumatına görə, 2015-ci ildə baş tutan 9 turun nəticələrinə əsasən “Qarabağ” dövrənin çempionu olub.



Ağdam təmsilçisi 8 qarşılaşmada 19 xal əldə edib. Hamıdan çox - 6 qələbə qazanan Qurban Qurbanovun yetirmələri ən az - 3 qol buraxmaqla da hamıdan üstün olub. Lider ən yaxın izləyicisi “İnter” kimi hamıdan az - 1 məğlubiyyətə üzülüb və ən yaxşı top fərqinə (+7) nail olub.



Paytaxt təmsilçisi isə hamıdan çox - 12 qol vursa da, heç-heçə sayında (3) öndə olması üzündən az xal toplayıb. “İnter” kimi 15 xal toplayan “Qəbələ” isə heç-heçə etməməsi ilə diqqət çəkib. “Xəzər Lənkəran” da dövrəni bərabərliksiz keçib. “Sumqayıt”la “Bakı” qələbə qazana bilməyib.



Qeyd edək ki, I dövrənin təxirə salınan AZAL - “Neftçi” oyunu 2015-ci ildə keçirilsə də, III dövrəyə aid olmadığından cədvəldə nəzərə alınmayıb.

Mənbə
ANS PRESS