İdman
"Qarabağ" - "Neftçi" oyunu iki kanalda
Topaz Premyer Liqasının XXXI turunun bir oyunu canlı yayımlanacaq. Fanat.az хəbər verir ki, azarkeşlər "Qarabağ" - "Neftçi" matçını televiziya vasitəsi ilə canlı izləyə biləcək.
Maraqlıdı ki, oyun iki kanalın proqramına salınıb. Həm "İdman Azərbaycan", həm də Az.TV turun mərkəzi oyununu efirə verəcək.
Qeyd edək ki, "Qarabağ" - "Neftçi" oyunu aprelin 25-də keçiriləcək və saat 18.00-da başlayacaq.
Fanat.az