İdman
"Qalatasaray"ın sabiq futbolçusu millət vəkili olduqdan sonra yoxa çıxıb
O, millət vəkili seçildikdən sonra idarəetmədəki problemlər səbəbindən tabeliyindəki 21 nəfərdən 16-sını məclisdən uzaqlaşdırıb. M.Jardelin yoxa çımasına səbəb kimi ölüm təhdidlərindən sonra əhvalının pozulması və bir müddət istirahət etmək istəməsi göstərilir. Ölkə mətbuatı sabiq futbolçunun digər üzvlərlə münasibətinin yaxşı olmadığını iddia edib. Onun yenidən siyasətdə yer alıb-almayacağı bilinmir.
Qeyd edək ki, peşəkar futbolçu karyerasına Braziliya "Vasku de Qama"sında başlayan Mario Jardel 2011-ci ildə 38 yaşında olarkən karyerasını başa vurub. O, 2000-2001-ci illərdə "Qalatasaray"ın formasını geyinib.