İdman

"Qalatasaray"da ciddi itki

Metbuat.az

Türkiyənin "Qalatasaray" klubu ciddi itki ilə üzləşib.



ANS PRESS-in məlumatına görə, komandanın qol silahı Burak Yılmaz Superliqanın növbəti turunda "Karabükspor"la keçiriləcək oyunu buraxacaq.



Buna səbəb onun "Avro-2016"nın seçmə mərhələsində Hollandiya ilə oyunda zədələnməsidir.



Qeyd edək ki, "cim-bom"un daha iki futbolçusu Səbri Sarıoğlu və Semih Kaya da zədəlidir.



Onların da növbəti turun oyununa hazır olub-olmayacağı sual altındadır.

Mənbə
ANS PRESS