İdman
Mənbə
ANS PRESS
Qadın futbolçular arasında dava (FOTO)
İngiltərədə "Mançester Siti" ilə "Arsenal"ın qadın futbol klubları arasında baş tutan matçda dava düşüb.
ANS PRESS-in məlumatına görə, matça Jil Skot və Cad Bailey arasında baş verən gərginlik damğa vurub. Belə ki, Jil Skot rəqibinə kəllə ilə zərbə vurub. Buna səbəb isə rəqibin sərt oyunu olub.
Vəziyyəti müşahidə edən hakim bu hərəkətinə görə Skota qırmızı kart verərək onu oyundan qovub. İngilis oyunçu oyundan sonra sözügedən hadisə ilə bağlı açıqlama verib. O bildirib ki, etdiyi kobud hərəkətə görə peşmandır.
Rəqibindən üzr istəyən futbolçu, 10 nəfərlə yaxşı oyun sərgiləyən komanda yoldaşlarını da təbrik edib.
ANS PRESS