“Puerto-Rko Hurricanes” və “Baku Fires” boks komandalarının heyəti açıqlanıb
Bakı, 17 aprel,
AZƏRTACAprelin 18-də Puerto-Rikonun San Xuan şəhərində Dünya Boks Seriyasının (WSB) 13-cü turu çərçivəsində “Baku Fires” yerli “Puerto-Riko Hurricanes” klubu ilə qarşılaşacaq.
AZƏRTAC
xəbər verir ki, artıq komandaların heyəti açıqlanıb. Belə ki, Antoni Ortiz (49 kq) Rəsul Saliyev, Qarsiya Mora (56 kq) Məhəmməd Qurbanov, Karlos Adames (64 kq) Heybətulla Hacəliyev, Ceffri Quillen (75 kq) Jaba Xositaşvili, Rosado Joze (91 kq) Abdulqadir Abdullayev ilə qarşılaşacaq.
Bu görüşdən sonra iki boksçumuz – Məhəmməd Qurbanov və Heybətulla Hacəliyev “Rio-2016” Olimpiya Oyunlarına vəsiqəni rəsmiləşdirə bilərlər. Fərdi reytinqdə üçüncü yeri tutan H.Hacəliyev WSB liqasında debüt edəcək Karlos Adameslə döyüşdə favorit sayılır.
Bu həftə “B” qrupunda “Astana Arlans” səfərdə “Argentina Condors”un qonağı olacaq. “Caciques Venezuela” doğma divarlar arasında “İtalia Thunder”lə qarşılaşacaq. “Rafako Hussars Poland” isə “USA Knockouts”u qəbul edəcək.