İdman
AZƏRTAC
“PSJ” futbol klubu Tevesə görə 15 milyon avro verməyə hazırdır
Bakı, 4 aprel,
AZƏRTAC“Le Parisien” qəzetinin yazdığına görə, “PSJ” futbol klubu “Yuventus”un hücumçusu Karlos Tevesə maraq göstərir. Klub 31 yaşlı forvarda görə 15 milyon avro ödəməyə, ona 5,5 milyon avro məbləğində illik maaş təklif etməyə hazırdır. Bu isə onun Turin klubundakı məvacibindən 1 milyon avro çoxdur. Qeyd edilir ki, bu təklif Esekiel Lavessinin satılacağı təqdirdə mümkün ola bilər. Həmin idmançını “Mançester Yunayted” klubu almaq niyyətindədir.
AZƏRTAC
xəbər verir ki, cari mövsümdə “A” seriyasından 26 oyunda Tevesin hesabında 16 qol və 7 ötürmə var.