İdman

PSJ "Barsa"ya, "Portu" "Bavariya"ya qarşı

Metbuat.az

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq. ANS PRESS-in məlumatına görə, ikinci oyun günündə daha iki matç baş tutacaq.



Gecənin ən maraqlı qarşılaşması Parisdə baş tutacaq. Fransa çempionu PSJ "Barselona"nı sınağa çəkəcək. Matçı ingilis FIFA referisi Mark Klattenburq idarə edəcək. "Barselona" və PSJ bu mövsüm qrup mərhələsində bir-birinə rəqib olub. Sentyabrın 30-da baş tutan ilk oyunda PSJ 3:2, dekabrın 10-da keçirilən ikinci matçda isə "Barselona" 3:1 hesablı qələbə qazanmışdı. Komandalar 2012/13 mövsümündə də 1/4 finalda qarşılaşmışdı. Hər iki oyun heç-heçə (2:2, 1:1) başa çatsa da, "Barselona" səfərdəki 2 qol sayəsində mərhələ adlayan tərəf olmuşdu.



Günün ikinci oyununda isə "Portu" "Bavariya"nı qəbul edəcək. Portuqaliyada baş tutacaq matçda ədaləti ispan FIFA referisi Karlos Velasko qoruyacaq.



Qeyd edək ki, mərhələnin ilk iki oyunu dünən keçirilib. "Atletiko" (İspaniya) - "Real" (İspaniya) oyunu 0:0, "Yuventus" (İtaliya) - "Monako" (Fransa) matçı isə 1:0 hesabı ilə başa çatıb.



Çempionlar Liqası


1/4 final


İlk oyunlar



15 aprel


23.45 PSJ (Fransa) - Barselona (İspaniya)


Hakimlər: Mark Klattenburq, Simon Bek, Jake Kollin, Stuart Burt (İngiltərə).


Əlavə köməkçi hakimlər: Antoni Teylor, Andre Marriner (İngiltərə).


Paris. "Parc des Princes".



23.45 Portu (Portuqaliya) - Bavariya (Almaniya)


Hakimlər: Karlos Velasko Karballo, Roberto Alonso, Xuan Yuste, Raul Kabanero (İspaniya).


Əlavə köməkçi hakimlər: Karlos Del Kerro, Xesus Gil Manzano (İspaniya).


Portu. "Estadio do Dragao".

Mənbə
ANS PRESS