İdman

Poqbanın meneceri: "Yuventus"dan ayrıla bilər

Metbuat.az

"Yuventus"un yarımmüdafiəçisi Pol Poqbanın adı tez-tez transfer xəbərlərində hallanır.

Metbuat.az "Eurosport"a istinadən xəbər verir ki, mətbuat nümayəndələrinin qarşısına çıxan Mino Rayola müştərisinin Turin klubunu tərk etməsinin mümkünlüyündən danışıb:

"Mövsümün əvvəlindən bəri mənə 2000-ə yaxın zəng gəlib. Gündə 20-ə yaxın adamla danışıram.

Düzgün təklif? Hələ də gəlməyib. "Yuventus"la 5 illik müqavilə imzalamışıq. Ancaq biz centlmen adamlarıq. Əgər bizə yaxşı təklif gəlsə, Poqba "Yuventus"dan ayrıla bilər".