İdman

Pelleqrini "Mançester Siti"də qalacaq

Metbuat.az

"Mançester Siti"də işlər yolunda getmir. Belə olan halda, əsas günahkar qismində tez-tez baş məşqçi Manuel Pelleqrininin adı hallanır.

Ancaq yazılanların əksinə, deyəsən, çilii mütəxəssis daha bir mövsüm "şəhərlilər"i çalışdıracaq. Metbuat.az "The Guardian"a istinadən xəbər verir ki, daha öncə Pep Qvardiola və Dieqo Simeone alternativlərini gözdən keçirən klub rəhbərliyi sonda qərarını gəyişib.

İngiltərə Premyer Liqasında 31 tur geridə qalıb. "Mançester Siti" "Çelsi", "Arsenal" və "Mançester Yunayted"in ardından dördüncü pillədə qərarlaşıb. Pelleqrininin yetirmələri qitənin ən nüfuzlu turniri olan Çempionlar Liqası ilə isə erkən vidalaşıblar.