İdman
Parisdə futbol fanatları ilə toqquşmada 15 polis yaralandı
Parisdə Liqa Kuboku çərçivəsində “Pari Sen Jermen” komandası ilə qarşılaşan “Bastiya” futbol klubunun azarkeşləri və polis arasında baş vermiş toqquşma nəticəsində, 15 asayiş keşikçisi xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Le Parisien” nəşri məlumat yayıb.
Polis iğtişaşların qarşısını almaq məqsədi ilə gözyaşardıcı qazdan istifadə edib.
Qeyd edək ki, “PSJ” “Bastiya” üzərində 3:0 hesablı qələbə qazanaraq Fransa Liqa Kubokuna sahib olub.