İdman
Novak Cokoviç hamıdan güclü olduğunu bir daha isbatladı
"Monte Karlo Roleks Masters" turnirinə yekun vurulub.
Metbuat.az-ın xəbərinə görə, final matçında Novak Cokoviç Tomaş Berdıxlə üz-üzə gəlib. Birinci setdə rəqibinin iki breykinə üç servis qırmaqla cavab verən serb raketka ustası önə keçib. İkinci hissədə Berdıx ekrandakı rəqəmləri eyniləşdirə bilib. Üçüncü setdə çex tennisçidən bir breyk daha çox edən Cokoviç turnirin qalibi adını qazanıb.
Cokoviç - Berdıx - 2:1 (7:5, 4:6, 6:3)