İdman

Novak Cokoviç 2014-cü ilin ən yaxşı kişi idmançısı seçildi

Metbuat.az

Laureus idman mükafatı öz sahiblərini tapıb.

Metbuat.az-ın xəbərinə görə, Novak Cokoviç 2014-cü ilin yekunlarına əsasən, ilin kişi idmançısı seçilib. Hazırda "Monte Karlo Roleks Masters"də iştirak edən Noleyə mükafatı Monako şahzadəsi Şarlen təqdim edib.

Cokoviç 2014-cü ildə ümumilikdə 7 turnirdə qələbə qazanıb. Serb raketka ustası Kriştiano Ronaldo, Luis Hemilton, Rori Makilroy, Reno Lavilleni və Mark Markeslə mübarizədən qalib ayrılıb.

İlin qadın idmançısı isə Qenzebe Dibaba seçilib.