Nizami rayonunda azyaşlılar arasında üzgüçülük yarışı keçirilib
Bakı, 13 aprel,
AZƏRTACÜmummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının və “Start” İdman-Sağlamlıq Kompleksinin birgə təşkilatçılığı ilə azyaşlılar arasında üzgüçülük yarışı keçirilib.
AZƏRTAC
xəbər verir ki, tədbirdə YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov və “Start” ərazi ilk partiya təşkilatının sədri Kamal Mehdiyev çıxışlarında ulu öndər Heydər Əliyevin Azərbaycanda idmanın inkişafına göstərdiyi diqqət və qayğının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Natiqlər yarışın əsas məqsədinin azyaşlılarda və yeniyetmələrdə idmana həvəsin artırılması olduğunu diqqətə çatdırıblar.
Sonra yarışlara start verilib.
Əlliyə yaxın iştirakçının mübarizə apardığı yarışın qaliblərinə diplomlar və medallar verilib.