İdman

"Neftçi"nin futbolçusundan biabırçı hərəkət

Metbuat.az

Azərbaycan Premyer Liqasında 28-ci turu çərçivəsində bu gün keçirilən "Simurq" - "Neftçi" qarşılaşmasında biabırçı olay yaşanıb.



Belə ki, "Neftçi"nin futbolçusu Julius Vobay qarşılaşma zamanı azarkeşlərə qarşı açıq-aşkar hörmətsizlik nümayiş etdirərək qeyri-etik hərəkət edib.



Onun bu hərəkətinə hakim heç bir reaksiya göstərməyib. Daha doğrusu oyunu idarə edən hakimin həmin epizodu görüb-görmədiyi məlum deyil.



"Simurq"un mətbuat xidməti Rüstəm Allahverdiyev ANS PRESS-ə açıqlamasında Julius Vobayın qeyri-etik jest etdiyini təsdiqlədi.



Onun sözlərinə görə, hadisə qarşılaşmanın son dəqiqələrində baş verib:



"Neftçi"nin futbolçusunun qeyri-etik hərəkəti ilə bağlı qarşılaşmanın inpektoruna məlumat verildi".



Qeyd edək ki, qarşılaşma "Neftçi"nin minimal hesablı qələbəsi ilə başa çatıb.

Mənbə
ANS PRESS