İdman
AZƏRTAC
“Neftçi” klubunun futbolçuları məktəblilərlə görüşüb
Bakı, 14 aprel,
AZƏRTAC“Neftçi” klubunun futbolçuları Sabunçu rayonundakı 259 nömrəli tam orta məktəbin şagirdləri ilə görüşüblər.
AZƏRTAC
xəbər verir ki, görüş “Neftçi”nin “Bakcell Arena”dakı məşqindən əvvəl baş tutub.
Tədbirdə məktəblilər məşqçi heyəti və futbolçularla ünsiyyətdə olub, onlara suallar veriblər.
Şagirdlərə “Neftçi”nin formalarını və şərflərini hədiyyə edən futbolçular onlarla xatirə şəkilləri çəkdiriblər. Sonda məktəblilər komandanın məşqini izləyiblər.