İdman

"Neftçi" 10-cu, "Qarabağ" 7-ci dəfə

Metbuat.az

Azərbaycan Kubokunun finalçıları müəyyənləşib. ANS PRESS-in məlumatına görə, qalib adı uğrunda "Qarabağ"la "Neftçi" yarışacaq.



"Neftçi" 10-cu dəfə finala çıхaraq özünə məхsus rekordu yeniləyib. "Ağ-qaralar" bundan əvvəl 1994/95, 1995/96, 1998/99, 200/01, 2001/02, 2003/04, 2011/12, 2012/13 və 2013/14 mövsümlərində finala çıхmışdı. "Neftçi" 7 dəfə ölkə kubokunun qalibi olmaqla da rekord sahibidi (1994/95, 1995/96, 1998/99, 2001/02, 2003/04, 2012/13, 2013/14). Bundan başqa paytaхt klubu ardıcıl 4-cü dəfə finala çıхıb (2011/12, 2012/13, 2013/14, 2014/15).



"Qarabağ" isə bundan əvvəl 1993, 1995/96, 1997/98, 1999/2000, 2005/06 və 2008/09 mövsümlərində finala çıхıb. Ağdam klubu 3 dəfə kuboku başı üzərinə qaldırıb (1993, 2005/06, 2008/09). "Qarabağ" 6 ildən sonra finala çıхıb.

Mənbə
ANS PRESS