İdman

NBA: Toni Parker "San Antonio" azarkeşlərini qorxutdu

Metbuat.az

"San Antonio"nun point-qardı Toni Parker "Klippers"lə görüşün birinci hissəsində topuğundan zədələnib.

Metbuat.az-ın məlumatına görə, ulduz basketbolçu oyunu davam etdirməsinə baxmayaraq, aşağı məhsuldarlığı ilə yadda qalıb.

Ancaq matçdan sonra fransız basketbolçu özünü yaxşı hiss etdiyini bildirib. Onun "Klippers"lə ikinci görüşdə oynayıb-oynamayacağına tibbi müayinədən sonra aydınlıq gələcək.