NBA: "Nyu-Orlean" pley-offa vəsiqə qazandı, "Oklahoma" mübarizəni dayandırdı
Milli Basketbol Assosasiyasının müntəzəm çempionatına yekun vurulub.
Metbuat.az-ın xəbərinə görə, ötən gecə ümumilikdə 14 qarşılaşma keçirilib. Gecənin mərkəzi matçında "Nyu-Orlean" "San Antonio"nu məğlub edib. Bununla da "Pelikans" pley-offa vəsiqəni təmin edib. "Oklahoma" "Minnesota"ya qalib gəlməsinə baxmayaraq, mübarizəni dayandırıb.
Nəticələrə nəzər salaq:
"Toronto" - "Şarlott" - 92:87
"Bruklin" - "Orlando" - 101:88
"Dallas" - "Portlend" - 114:98
"Klivlend" - "Vaşinqton" - 113:108 (overtaym)
"Miluoki" - "Boston" - 100:105
"Minnesota" - "Oklahoma" - 113:138
"Nyu-York" - "Detroyt" - 90:112
"Nyu-Orlean" - "San Antonio" - 108:103
"Filadelfiya" - "Mayami" - 101:105
"Hyuston" - "Yuta" - 117:91
"Çikaqo" - "Atlanta" - 91:85
"Memfis" - "İndiana" - 95:83
"Qolden Steyt" - "Denver" - 133:126
"Leykers" - "Sakramento" - 99:122