İdman
NBA: "Miluoki" pley-offa vəsiqəni təmin etdi
"Miluoki"nin ötən gecə "Bruklin"i 96:73 hesabı ilə məğlub etdiyi barədə xəbər vermişdik.
Metbuat.az-ın xəbərinə görə, bu nəticə ilə "Baks" pley-offa vəsiqəni təmin edib. Aktivində 40 qələbə olan Ceyson Kiddin yetirmələri hazırda Şərq konfransında 6-cı pillədə qərarlaşıblar.
Keçən mövsüm "Miluoki" 67 məğlubiyyətlə klub tarixinin ən bərbad göstəricisinə imza atmışdı.