İdman

Nazim Süleymanov millinin baş məşqçisi postuna gətirilib

Metbuat.az

[ 13 Aprel 2015 11:23 ]



Bakı  - APA. 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu vəzifə Nazim Süleymanova həvalə olunub.

AFFA-nın rəhbərliyi Məşqçilər Komitəsinin tövsiyəsini nəzərə alaraq, bu qərarı verib. Süleymanov Nikolay Adamın komandadan ayrılmasından sonra boş qalan U-19-un baş məşqçisi postunu tutub.

Qeyd edək ki, əvvəllər ölkəmizin əsas yığmasında da çalışmış Süleymanov 1 qarşılaşmada baş məşqçi vəzifəsini icra edib.