İdman

"Napoli" - "Volfsburq" oyunu türklərə əmanət

Metbuat.az
Sabah Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. Fanat.az хəbər verir ki, UEFA oyunlara bütün təyinatları açıqlayıb.

Avropa futbol qurumu "Napoli" - "Volfsburq" oyununu türklərə tapşırıb. İtaliya və Almaniya klublarının matçını Cüneyt Çakır idarə edəcək.

"Zenit" - "Sevilya" oyununda italyan Nikola Rizzoli, "Dnepr" - "Brügge" görüşündə ispan Alberto Mallenko, "Fiorentina" - "Dinamo" (Kiyev) matçındə isə isveçli Jonas Eriksson fit çalacaq.

Avropa Liqası
1/4 final
Cavab oyunları

23 aprel
00.05 Zenit (Rusiya) - Sevilya (İspaniya)
Hakimlər: Nikola Rizzoli, Elenito Di Liberatore, Mauro Tonolini, Canluca Kariolato (İtaliya).
Əlavə köməkçi hakimlər: Luka Banti, Antonio Damato (İtaliya).
Sankt-Peterburq. Petrovski stadionu.

00.05 Dnepr (Ukrayna) - Brügge (Belçika)
Hakimlər: Alberto Mallenko, Roberto del Palomar, Pau Devis, Raul Kabanero (İspaniya).
Əlavə köməkçi hakimlər: Karlos Qomes, Xavyer Estrada (İspaniya).
Kiyev. Olimpiya stadionu.

00.05 Fiorentina (İtaliya) - Dinamo (Kiyev, Ukrayna)
Hakimlər: Jonas Eriksson, Matias Klasenius, Daniel Varnmark, Mehmet Kulum (İsveç).
Əlavə köməkçi hakimlər: Stefan Yohannesson, Markus Stromberqsson (İsveç).
Florensiya. Artemio Françi stadionu.

00.05 Napoli (İtaliya) - Volfsburq (Almaniya)
Hakimlər: Cüneyt Çakır, Bahattin Duran, Tarik Ongün, Cem Satman (Türkiyə).
Əlavə köməkçi hakimlər: Hüseyn Göçek, Halis Özkahya (Türkiyə).
Napoli. San Paolo stadionu.

Fanat.az