İdman

Monçeqorsk şəhərində sambo üzrə keçirilmiş açıq şəhər birinciliyində həmvətənlərimiz mükafatlar qazanıblar

Metbuat.az

Bakı, 9 aprel,

AZƏRTAC

 


Monçeqorskda 2001-2002-ci illərdə anadan olmuş yeniyetmələr arasında sambo üzrə açıq şəhər birinciliyi keçirilib. Yarışlarda Rusiya Federasiyasının Murmansk vilayətinin beş şəhərindən 58 idmançı iştirak edib.


Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ictimai təşkilatının Murmansk regional şöbəsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri Əlihüseyn Şükürov

AZƏRTAC

-a bildirib ki, turnirin mükafatçıları arasında həmvətənlərimiz Şahbala Səfərov, Həsən Əbiyev, Samid Sultanov və Qurban Qurbanov da olublar.


Qaliblərə və mükafatçılara medallar və fəxri fərmanlar, nominasiyalarda fərqlənmiş idmançılara isə həmçinin xatirə hədiyyələri təqdim edilib.