İdman

“Monako”nun dayaq yarımmüdafiəçisi Avropa transfer bazarında diqqət mərkəzindədir

Metbuat.az

Bakı, 22 aprel,

AZƏRTAC

“Monako”nun futbol komandasının dayaq yarımmüdafiəçisi Joffre Kondoqbiya Avropa transfer bazarında klubların heyətinə qatmaq istədikləri oyunçuların zirvəsində yer alıb.


AZƏRTAC

xəbər verir ki, 22 yaşlı futbolçu ilə “Arsenal”, “Liverpul”, “Atletiko Madrid”, “Valensiya” və “Real” maraqlıdır. Fransa yığmasının futbolçusunu “İnter” də heyətinə qatmağa çalışır.


J.Kondoqbiya cari mövsümdə Fransa çempionatında keçirdiyi 18 oyunda 1 qol vurub.