İdman
ANS PRESS
Milliyə yeni baş məşqçi təyin edildi
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi müəyyənləşib.
ANS PRESS-in məlumatına görə, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, bu vəzifə Nazim Süleymanova tapşırılıb. AFFA rəhbərliyi Məşqçilər Komitəsinin tövsiyəsini nəzərə alaraq belə bir qərar qəbul edib.
Süleymanov bu postda Hindistan yığmasına gedən Nikolay Adamı əvəzləyib.
MənbəANS PRESS