İdman

"Milan" satıldı

Metbuat.az
“Milan” futbol klubunun səhmlərinin 75 faizinin çinlilərə satılması barədə razılıq əldə edilib.
 
Trend-in Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verdiyi məlumata görə, bunu “Milan”ın prezidenti Silvio Berluskoni deyib.
 
Bununla belə, o, qeyd edib ki, hər şeyin rəsmiləşməsi üçün daha bir neçə ay gözləmək lazımdır: "Qızım Barbara klubun icraçı direktoru vəzifəsində işləməyə davam edəcək".
 
Səhmlərin 75 faizi qarşılığında 1,5 milyard avro ödəniləcəyi gözlənilir.

Milli.Az