İdman
Milli.Az
Məşhur klub iki futbolçu ilə maraqlanır
"Çelsi" təmsilçisi bu həftə "Atletiko"nun müdafiəçisi
Joao Mirandanı izləmək üçün İspaniyada olub.
Milli.Az
goal.az-a istinadən xəbər verir ki, "zadəganlar"ın idman direktoru
Maykl Emenalo"Malaga" ilə "Atletico"nun matçında (2:2) iştirak edib. Mirandanın Madrid təmsilçisi ilə müqaviləsi 1 ildən sonra başa çatacaq. Tərəflər ötən yay artıq
Filipe Luisvə
Diyeqo Koştanın transferi zamanı əlaqə qurublar. London klubu, həmçinin "Parma"nın yarımmüdafiəçisi
Xose Mauriilə də maraqlanır. 18 yaşlı futbolçu, böyük ehtimalla, çətin günlərini yaşayan "Parma"nı mövsümün sonunda tərk edəcək. O, "Bavariya", "Mançester Yunayted" və "Yuventus"un da diqqət mərkəzindədir.
Milli.Az