İdman

"Mandzukiçi istəmədən vurdum"

Metbuat.az
"Real"ın müdafiəçisi Serxio Ramos Çempionlar Liqasının 1/4 fimalının "Atletiko" ilə ilk oyununda rəqibi Mario Mandzukiçi dirsəklə vurduğu epizod haqda danışıb.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, ispan futbolçu rəqibinə istəmədən zərbə endirdiyini bildirib:
 
"Hər hansı qayda pozuntusu haqda danışmaq istəmirəm. Çünki bunun üçün hakim var. Ümumiyyətlə, həmin epizodda Mandzukiçin harada - yaxınımda və ya məndən uzaqda olduğunu bilmirdim. Onu istəmədən, təsadüfən vurdum".
 
Qeyd edək ki, "Atletiko" - "Real" oyununda qapılara qol vurulmayıb.

Milli.Az