İdman

Mançininin "oğlu" üçün hərəkətə keçdilər

Metbuat.az
"İnter" Yaya Tureni transfer etmək istəyir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "nerazzuri"nin idman direktoru Marko Fassone "Mançester Siti"nin yarımmüdafiəçisi ilə maraqlandıqlarını təsdiqləyib. O, 31 yaşlı futbolçu üçün ciddi təklif hazırladıqlarını bildirib. Bununla yanaşı, Fassone transfer qiymətinin yüksək olmasını nəzərə çatdırıb.
 
"Hansı klub belə oyunçunu heyətdə görmək istəməz? Ture bizim yarımmüdafiə xəttinə çatışmayan elementi gətirəcək. Amma onun məvacibi və "Siti"nin Ture üçün tələb edəcəyi məbləğ ciddi maneə ola bilər". "İnter"in baş məşqçisi Roberto Mançini də Ture barədə danışarkən onu oğlu kimi gördüyünü demişdi.
 
Qeyd edək ki, futbolçunun "Siti" ilə müqaviləsi 2017-ci ildə başa çatacaq.

Milli.Az