İdman

"Mançester Yunayted" "Çelsi" ilə oyunda bu futbolçuların xidmətindən istifadə edə bilməyəcək

Metbuat.az

"Mançester Yunayted" "Çelsi" ilə görüşdə 5 əsas oyunçusunun xidmətindən istifadə edə bilməyəcək.

Metbuat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Maykl Kerrik, Markos Roxo, Fil Couns, Deyli Blind və Conni Evans "zadəganlar"la oyunda meydana çıxmayacaq.

Lyuk Şounun isə "Çelsi" ilə matçda oynayacağı gözlənilir.