İdman
"Mançester Siti" "Liverpul"un futbolçusuna görə sərvət ödəməyə hazırdı
"Liverpul"un yarımmüdafiəçisi Filippe Koutinyo karyerasını "Mançester Siti"də davam etdirə bilər.
Metbuat.az xəbər verir ki, "şəhərlilər" braziliyalı futbolçu ilə yaxından maraqlanırlar. Hətta "Mançester Siti" rəhbərliyi yarımmüdafiəçinin müqabilində qarşı tərəfə 48 milyon avro ödəməyə hazırdı.
Koutinyo "Liverpul"un əsas yarımmüdafiəçilərindən biri hesab olunur. Keçidin reallaşıb-reallaşmayacağı maraqla gözlənilir.