İdman

Mahiri qovan baş məşqçi istefa verdi

Metbuat.az
Türkiyənin "Karşıyaka" klubu baş məşqçisiz qalıb. Fanat.az хəbər verir ki, "Karşıyaka"nın baş məşqçisi Ayhan Akman istefa verib.

Son turda "Altınordu"na 0:5 hesabı ilə yenilən komandanın baş məşqçisi bu səbəbdən postunu tərk edib. Artıq onun istefası qəbul olunub. Ayhan Akman "Karşıyaka"ya rəhbərlik etdiyi 7 matçda 4 qələbə qazanıb, 3 dəfə məğlub olub.

Qeyd edək ki, Ayhan Akman bir müddət əvvəl Mahir Şükürovu klubun düşərgəsinə gec döndüyü üçün əsas heyətdən qovmuşdu. Futbolçumuz bundan sonra "Karşıyaka" ilə yollarını ayırmışdı.

Fanat.az