İdman

Mahir Şükürov qovuldu

Metbuat.az

Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov Türkiyənin "Karşıyaka" klubunun düşərgəsinə qayıdıb.



ANS PRESS-in məlumatına görə, o, hazırda İzmirdə olsa da, PTT 1-ci liqanın növbəti turu çərçivəsində "Adana Dəmirspor"la oyuna hazırlaşan komandasının məşqinə buraxılmayıb.



Buna səbəb onun millimizdən düşərgəsindən 3 gün gec qayıtması göstərilir. Baş məşqçi əvəzi Ayhan Akman ona klubun bazasını tərk etməyi tapşırıb.



Türkiyə klubunun Mahir Şükürovu buna görə cəzalandırması gözlənilir.

Mənbə
ANS PRESS