İdman

“Liverpul” yarımfinalda – VİDEO

Metbuat.az

İngiltərə Federasiya Kubokunda növbəti yarımfinalçının kimliyinə aydınlıq gəlib.

“Liverpul” “Blekbern”in qonağı olub. Tərəflər arasındakı ilk görüşdə hesab açılmamışdı.

Metbuat.az xəbər verir ki, qarşılaşmanın birinci hissəsində qol səsi eşidilməyib. İkinci hissədə səhnəyə Koutinyo çıxıb. Braziliyalının qolu sayəsində qələbə qazanan “Liverpul” yarımfinala vəsiqə qazanıb.

“Blekbern” – “Liverpul” – 0:1

Qol: Koutinyo, 70

“Qırmızılar”ın yarımfinaldakı rəqibi “Aston Villa” olacaq.