Latviyalı Reinis Krauklis ilk Avropa Oyunlarının badminton yarışına vəsiqə qazanıb
Bakı, 16 aprel,
AZƏRTACLatviyalı Reinis Krauklis “Bakı-2015” ilk Avropa Oyunlarında kişilər arasında badminton üzrə təkbətək yarışa vəsiqə əldə edib.
AZƏRTAC
xəbər verir ki, 20 yaşlı idmançıya “Bakı-2015”də iştirak üçün üç vəsiqədən biri təqdim edilib. O, son 12 ayda iki reytinqli turnirdə mübarizə aparıb. Bu il R.Krauklis komanda yoldaşı Kristina Sefere ilə birlikdə qarışıq cütlüklər üzrə Latviya çempionatının qalibi olub.
Kristina Seferenin və İeva Popun Latviya Badminton Federasiyası tərəfindən ilk Avropa Oyunlarında qadın cütlüklərdən ibarət komandaya təyin olunmasından sonra R.Krauklis “Bakı-2015”ə qatılacağını elan edib.
Latviya Badminton Federasiyasının prezidenti Mareks Qruskeviks ölkəsinin badmintonun beş növündən üçü üzrə təmsil olunmasını böyük uğur kimi qiymətləndirib.