İdman

Komandasından qovulan futbolçu karyerasını "Beşiktaş"da davam etdirə bilər

Metbuat.az

"Bayer" Emir Spahiçin müqaviləsinə xitam verib.

Buna bosniyalı futbolçunun klub stadionunun təhlükəsizlik xidmətində çalışan işçilərdən birini döyməsi səbəb olub. Metbuat.az-ın xəbərinə görə, artıq Spahiçə elçi düşən bir klub var. "Beşiktaş" müdafiəçinin azad agent statusunda olmasından istifadə edib onu heyətinə qatmaq istəyir.

Spahiçin menecerinin İstanbul klubunun rəsmiləri ilə yaxın günlərdə görüşəcəyi gözlənilir.