İdman
Kloppdan sensasiyalı qərar
Yurgen Klopp baş məşqçisi olduğu "Borussiya"dan bu mövsümün sonu ayrılacaq.
Qol.Az-ın "Bild"ə istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis Dortmund təmsilçisindən ayrılmağa qərar verib. O, artıq klub rəhbərliyindən 2016-cı ilin iyununda başa çatan müqavilənin bu mövsümün sonu ləğv olunmasını istəyib. Kloppun istəyini müsbət cavalandıran klub rəhbərliyi vaxt itirmədən yeni məşqçi axtarışlarına başlayıb.
"Borussiya" nümayəndələri "Maynts"ın sabiq çalışdırıcı Tomas Tuhelə müqavilə təklif ediblər. Onun bu təklifi müsbət cavablandıracağı gözlənilir.
Qeyd edək ki, "Borussiya" hazırda Bundesliqanın turnir cədvəlində 33-cü xalla 10-cu pillədədir.
Milli.Az
Milli.Az