Karlos Tevezin gedəcəyi klub müəyyənləşdi
Karlos Tevez mövsümün sonunda "Yuventus"dan ayrılmayacaq. Fanat.az хəbər verir ki, bu barədə argentinalı fxutbolçunun meneceri Adrian Ruokko açıqlama verib.
Menecer futbolçunun yayda "Yuventus"dan ayrılacağı ilə bağlı хəbərləri təkzib edib. Tevezin müqaviləsinin sonunadək - 2016-cı ilə qədər Turin klubunda qalacağını deyən Adrian Ruokko bundan sonra Argentinaya qayıdacağını deyib: "Hər kəs Tevezin karyerasını "Boka Xuniors"da bitirəcəyini bilir. Ancaq bu transfer "Yuventus"la müqaviləsi bitəndən sonra reallaşacaq.
Qeyd edək ki, bu mövsüm "Yuventus"un heyətində keçirdiyi 39 rəsmi oyunda 25 qol vuran Tevez karyerasına 2001-ci ildə "Boka Xuniors"da başlayıb. 2004-cü ildə Braziliyanın "Korintians" klubuna keçən 31 yaşlı futbolçu Avropada "Vest Hem", "Mançester Yunayted" və "Mançester Siti" klublarının formasını geyinib.
Fanat.az