İdman
Karlo Ancelotti "Real"dan qovulacaq
"Real"ın baş məşqçisi Karlo Ancelottinin komandada qalıb-qalmayacağı hamıda maraq doğurur.
Metbuat.az AS-a istinadən xəbər verir ki, əgər Madrid klubu cari mövsümdə titul qazanmasa, Ancelotti yayda komandadan qovulacaq. İtaliyalı mütəxəssisin Çempionlar Liqası və ya La Liqanı qazanmaqdan başqa çıxış yolu yoxdu.
Hazırda Madrid klubu Primeroda lider "Barselona"dan cəmi 2 xal geri qalır. "Real"ın Çempionlar Liqasındakı taleyinə isə bu gecə "Atletiko" ilə oynanılacaq görüşdən sonra aydınlıq gələcək.