Karate üzrə “Baku Open” beynəlxalq turniri başlanıb
Bakı, 11 aprel,
AZƏRTACBu gün “Sərhədçi” İdman Olimpiya Mərkəzində karate üzrə “Baku Open” beynəlxalq turniri başlayıb.
AZƏRTAC
xəbər verir ki, yarışda Azərbaycan idmançıları ilə yanaşı Rusiya, İran, Gürcüstan, Türkiyə, Özbəkistan və Qazaxıstan nümayəndələri iştirak edəcəklər.
Bu gün kişilər arasında yarış 60, 67, 75, 84 kq-dək və 84 kq-dan yuxarı, habelə qadınlar arasında 50, 55, 61, 68 kq-dək və 68 kq-dan yuxarı çəki kateqoriyasında keçirilir.
Sabah yarışda yeniyetmələr və gənclər müxtəlif çəki kateqoriyalarında iştirak edəcəklər. Kişilər 52, 57, 63, 70 kq-dək və 70 kq-dan yuxarı, qızlar isə 47, 54 kq-dək və 57 kq-dan yuxarı çəki kateqoriyasında yarışacaqlar. Eyni zamanda, birincilik üzrə mübarizədə gənclər 55, 61, 68, 76 kq-dək və 76 kq-dan yuxarı, qızlar isə 48, 53, 59 kq-dək və 59 kq-dan yuxarı çəki kateqoriyasında iştirak edəcəklər.
Turnirin təntənəli açılış mərasimi saat 17:00-da olacaq.
Qeyd edək ki, əvvəlki yarışlardan fərqli olaraq bu dəfə veteranlar arasında da turnir keçiriləcək. Onlar 40-50 yaş arası yuxarı kateqoriyalarda mübarizə aparacaqlar.