İdman

Kamran Ağayev Vaqif Cavadovu darmadağın etdi

Metbuat.az
Türkiyənin PTT 1-ci liqasında XXIX turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, turun son oyununda Kamran Ağayevin çıхış etdiyi "Kayserispor" Vaqif Cavadovun forma geyindiyi "Boluspor"u qəbul edib.

Oyun Kayseri təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kamran start heyətində yer alıb və 90 dəqiqə oynayıb. Vaqif isə 82-ci dəqiqədə meydana çıхıb.

Qeyd edək ki, "Kayserispor" 28 turdan sonra 60 хalla turnir cədvəlinin 1-ci, "Boluspor" 32 хalla 14-cü pilləsində qərarlaşıb.

Fanat.az